►Adәtәn, lovğa, tәkәbbürlü, özünü çәkən adamlar haqqında işlәdilən ifadə.
İfadə hindxoruzu və ya hindtoyuğuna bənzəyən quşun hirsli vəziyyətdəki görünüşü ilə bağlı yaranıb yayılmışdır.
Nəyə görə məhz Hәştәrxan xoruzu? Müşahidələr göstərir ki, bu quş hər hansı davranışdan çox tez һirslәnir vә bu zaman onun ləlәklәri qalxır, pipiyi uzanır vә sallanır, başı, boyun nahiyəsi qızarır vә göyәrir. Bәzәn hirsli, әsәbi adama da istehza ilə «Hәştәrxan xoruzu» deyilməsi məhz buradan qaynaqlanır.
Hindtoyuğunun ilkin vәtәni Amerika hesab olunur. Bu söz Hindistanla әlaqәdar deyildir. Bu quş Meksikada әhlilәşdirilib və XVI әsrdә Avropaya gәtirilib. O zaman Amerikanı sәһvәn Hindistan һesab etdiklәri üçün һәmin quşa da һindtoyuğu demişlәr.
İfadə Azәrbaycan dilindә XIX әsrdәn işlәnmәkdədir. Bu quş Azәrbaycana dәniz yolu ilә Hәştәrxandan gәtirildiyi üçün «Hәştәrxan xoruzu» adlandırılmışdır.
Məsəllər, deyimlər