►Hər şeyin dəqiq bilindiyi, gerçəyin üzə çıxdığı məqam.
İspan dilində yaranmış və Avropada geniş yayılmış bu ifadə həmin ölkənin rəmzi olan korrida – kəl döyüşü ilə bağlıdır.
Başlanğıcda bu ifadə matadorun – kəl ilə döyüşən adamın korridada ən böhranlı, çətin və kritik məqamını bildirirdi. İspan dilindən digər dillərə isə 1930-cu illərdə E.Heminqueyin «Günortadan sonra ölüm» (1932) əsəri sayəsində keçmişdir.
Hazırda «həqiqət anı» ifadəsi böhranlı vəziyyətdə gerçəyin üzə çıxmasını bildirmək üçün geniş işlənir.
Məsəllər, deyimlər