Reklam
Reklam

Məsəllər, deyimlər

HAZIRIN NAZİRİ

►Xüsusi zәhmәt çәkmәdәn hәr hansı işә şәrik və ya sahib olmağı, hazır bir şeyə yiyələnməyi, görülən işi utanıb-çəkinmədən öz adına çıxmağı bildirən ifadə.

İfadə XX әsrin әvvәllәrinә qәdәr İranda şahın kefi istәdiyi hər adama «nazir» rütbәsi (vәzifәsi) verməsi ilə bağlı yaranmışdır.

XVIII əsrin sonlarından başlayaraq XX әsrin әvvәllәrinә qәdәr İranda şah-monarx ehtiyac olub-olmamasına baxmayaraq sarayda kefi istәdiyi adama «nazir» rütbәsi (vәzifәsi) verirdi. Bu «nazir»lәrin işləmәsi, dövlәt işi aparıb-aparmaması nәzәrә alınmırdı vә heç lazım da deyildi. İş burasında idi ki, şahın «nazir» adı verdiyi şәxslər heç yerdə işlәmәsәlər dә, dövlәtdәn müәyyәn məbləğdə maaş alırdılar. Məhz belә nazirlər heç bir ictimai-faydalı işlә mәşğul olmadıqları halda milçək kimi şirəyə – «hazırına» qonurdular. Bunlar heç bir xidməti olmayan «hazır» nazir idilər. İfadә ilk vaxtlar elә belә dә işlәnirdi: «hazır-nazir».

Bu gün istənilən cəmiyyətdə müəyyən münasibətlərə görə yaxşı mövqe tutan, heç bir xüsusi xidməti olmadan dövlət strukturunda yüksək vəzifə tutub yaxşı maaş alan, həmçinin başqasının illərlə zəhmət çəkib gördüyü işə sahib çıxan belə «hazırın nazirləri» vardır.

Məsəllər, deyimlər