►Adәtәn, yaşlı adamların xәstәlikdən şikayәtləri, yaxud qocalıqla әlaqәdar һәrәkәtlәri müqabilində işlәdilən ifadə.
İfadə xalq arasında geniş yayılmış bir lәtifədәn qaynaqlanmışdır.
Həkimә müraciət etmiş 80 yaşlı bir qoca ağrılarından xeyli şikayətlənir. Onu narahat edən hər hansı xəstəliyin əlamətlərini sadalayırsa, nədən şikayətlәnirsə, hәkim cavabında «hәştaddandır» deyir.
Әsәbiləşmiş qoca nə edəcəyini bilmir, hirsindәn balaca uşaqlar kimi dilini çıxarıb hәkimә göstәrir. Həkim isə halını qətiyyәn pozmadan «ağsaqqal, bu da hәştaddandır» deyir.
Bizim günlərdə də müəyyən yaşa çatmış adamlar səhhətindən şikayətləndikdə onu dinləyənlər təbəssüm edərək «bunların hamısı həştaddandır» deyirlər.
Məsəllər, deyimlər