►Hәr hansı yaxşı, saf, təmiz bir şeydə (şəxsdə) mənfi cəhət, qüsur axtarıb tapmağa çalışmaq.
İfadə ilkin mənasında mәşhur astronom Kepler Günəşdə lәkәlәr olduğunu müəyyən etdikdən sonra yayılmışdır.
Keplerin 1607-ci ildә ilk dәfə apardığı bu müşahidədən bir neçə il sonra müxtәlif alimlәr bir-birindәn xәbәrsiz Günәşdә lәkә olduğunu elan etmişdilәr.
Müasir astronomiya bunu təsdiqləyir və izah edir ki, Günәşdә ləkənin meydana gәlmәsi dәһşәtli dәrәcәdә güclü partlayışla müşayiәt olunur. Yəni bu ləkələr – qasırğalardan sonra yaranmış dəliklərdir, onların içində göy cisminin nisbətən zəif parlaqlığı olan hissəsinə baxmaq olar. Bəzi hissələrdə «ləkələr» elə böyükdür ki, onları adi gözlə də görmək mümkündür. Bəzi alimlərin fikrincə, Günәşin üzündәki o ləkәlәr Yer üzәrindә bütün canlıların hәyatına bu vә ya başqa şәkildә tәsir göstәrmәkdәdir.
Bu deyimin məğzini Mark Tven belә ifadә etmişdir: «Alimlәr Günəşdә lәkә tapıb bundan sevinmәyә başladılar. Bu isә başqasının qüsurlarına, bәdbәxtliyinә sevinmәyin misilsiz nümunәsidir».
İfadənin məcazi mənası isə hələ qədim zamanlardan, insanlar Günəşə sitayiş etdikləri vaxtdan işlənir.
Məsəllər, deyimlər