►Nüfuzlu, qürurlu və məğrur bir şəxsiyyətin böyüklüyünü, qüdrətini, mənəvi ucalığını bildirmək üçün işlədilən ifadə.
İfadә Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi, hürufi şair İmadәddin Nәsiminin (1370–1417) qətli ilə bağlı əhvalatdan qaynaqlanır.
Üsyankar ruhlu şeirlərinə görə ruhanilәr onun dərisinin diri-diri soyulmasına fitva verirlər. Hökmün icrası zamanı çoxlu qan itirmiş şairin rәngi saralmağa başlayır. Onu lağa qoyub nә üçün saraldığını soruşan cәlladlara Nәsimi belә cavab verir: «Mәn әbәdiyyәt üfüqlәrindә doğmuş eşq günəşiyəm, günәş qürub edәndә saralar».
Suriyalı tәdqiqatçı Abdulla Fәttah Qalәtçi «Tişrin» qәzetindә Azәrbaycan şairi Nәsimi haqqında yazdığı mәqalәdә də məğrur şairin məlum sözlərini olduğu kimi qeyd edir.
Hәmin ifadə xalq şairi S.Vurğunun «Vaqif» dramında (1938) boynu vurulmağa gәtirilmiş Vaqifin dilindәn dә səslənmişdir.
Məsəllər, deyimlər