►Pis gözə, bəd nəzərə gəlmək, şər qüvvələrə, uğursuzluğa tuş olmaq.
İfadə tarixən formalaşmış xalq inanclarından qaynaqlanır.
Bir sıra xalqlarda «pis göz» («bәd nәzәr») ilә bağlı olan təsəvvürlər geniş yayılmışdır. Qәdim insanların fikrincә, bizim bu maddi, tәbii dünyamızdan әlavә, bir dә tәbiәtdәn xaricdә, real olmayan alәm dә var imiş. Bu mövhumi alәmdә ölülәrin ruhları, cinlәr, pәrilәr yaşayırmış. Guya bәzi adamların, xüsusilә cadugәrlәrin gözündә pis ruhlar yerlәşdiyindәn onların baxışı, nәzәri çox zәrәrlidir.
Hәlә «Avesta»da göstәrilir ki, bәzi adamlar pis göz sahiblәridir vә onların gözlәri xәstәlik gәtirir. Bu inam bir çox xalqlarda da vardır. Guya nәinki insanın, habelә ilanın, şirin, pişiyin, itin dә gözlәri bәdbәxtlik, bәla gәtirmә qabiliyyәtinә malikdir. İndi dә bir çox xalqlar inanırlar ki, gözdәymәdən adamlar vә heyvanlar xәstәlәnir, ağaclar, güllәr quruyur vә s. Hindistanda geniş yayılmış inama görә, bәd nәzәr sahibi kimә baxsa, o şәxs hökmәn arıqlayıb ölәcәkdir. İtaliyada isə bәd nәzәr sahiblәrini xüsusi gözlükdә gəzmәyә mәcbur edirdilәr.
Bir çox xalqlarda uşağı bәd nәzәrdәn qorumaq üçün boynundan hәmail asır, paltarına gözmuncuğu tikirlәr vә s.
Әslindә, elm sübut edir ki, gözün müsbәt vә ya mәnfi xüsusiyyәti yoxdur, yəni gözlə, baxışla kiməsə zərər vurmaq ağlabatan deyil, sadəcə insanlar tarixən «bədnəzər», «gözə gəlmək», «göz dəymək» kimi məsələlərlə məşğul olmaqla özlərini psixoloji cəhətdən rahatlandırmağa çalışmışlar.
Məsəllər, deyimlər