►Həddindən çox sevinməyi, tamamilə səadət içində olmağı bildirən ifadə.
İfadə qədim yunanların səma və onun quruluşu haqqında təsəvvürlərindən qaynaqlanaraq yayılmışdır.
Yunanların təsəvvürünә görә, göy hәrәkәt etmәyәn yeddi şәffaf tәbәqәdәn (qatdan) ibarәtdir. Mәşhur yunan filosofu Aristotel (e.ә. 384–322) «Səma haqqında» traktatında göy qübbәsinin quruluşunu mәhz belә aydınlaşdırırdı. Yerdən ən uzaqda olan yeddinci sferada müqəddəslərin ruhunun yaşadığı behişt – səmavi krallıq yerləşir və hamı ora düşməyə can atır.
Qәdim sami dillәrindә (assorlar, әrәblәr, yәһudilәr) yeddi rәqәminә and içirdilәr vә bu dillәrdә «and içmәk» feili yeddi rәqәmi ilә әlaqәdardır. «Tövrat»da dәfәlәrlә bu rәqәm yada salınır. Brәһmәn vә Budda dinlәrindә dә yeddi müqәddәs rәqәm hesab olunur. Yaponiyada yeddiyә qalıqsız bölünәn bütün rәqәmlәr bәdbәxtlik rәmzi sayılır. «Avesta»da Yer yeddi hissәyә bölunmüş tәsәvvür edilir.
İslam dininә görә, Allah vә onu әhatә edәn mәlәklәr göyün yeddinci qatında olurlar. «Quran»ı mәlәklәr göyün yeddinci qatından gәtirmişlər.
Məsəllər, deyimlər