Məməlilər sinfinin kürəkayaqlılar dəstəsinə aid olan növ.
G.B. yer üzündə ən böyük heyvandır. Orta uzunluğu 24 m-ə qədərdir. 1909-cu ildə çəkisi 200 ton olan 33 m 58 sm uzunluqda G.B. təsadüf olunub. G.B. tipik plankton yeyəndir. Dənizin üst qatlarında xərçənglərlə qidalanır. Balıq yemir. G.B. saatda 11 km sürətlə üzür. Hürkən zaman sürəti 33-40 km/saata çatır. G.B. ultrasəs vasitəsilə bir-birinə işarə verir və şikarlarını tapırlar. Adı qırmızı kitaba düşmüşdür.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti