Garakmaz kişi adı lazım deyil, gərək deyil mənasındadır.
Gərəkməz şəxs adındakı gərək sözü müasir Azərbaycan ədəbi dilində ədat kimi, -məz şəkilçisi isə qeyri-qəti gələcək zamanın inkarı kimi işlənməkdədir. Lakin ədəbi dilimizdə gərək ədatının sonunda -maz şəkilçisi işlənmir və bu funksiya gərək deyil, gərək olmaz kimi analitik formalarla ifadə olunur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Gərəkməz bu gün yalnız soyadlarda (Gərəkməzov, Gərəkməzli) yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti