1. Xüsusi optik cihazlar vasitəsilə işıq şüalarının köməyi ilə işığahəssas materiallar üzərində şəkilalma üsulu. □ Rentgen şüaları fotoqrafiyada və bəzi xəstəliklərin diaqnostikasında tətbiq edilməklə bərabər, müalicə məqsədilə də işlədilə bilər. (A.Qarayev).
2. Bu üsulla alınan şəkil, əks, foto, kartoçka. □ ..divardakı böyük tablolara tamaşa edir, qız fotoqrafiyalarını seyr edib, gəlib oturdu. (Y.V.Çəmənzəminli).
3. Bu cür şəkilləri çəkmək və hazırlamaq üçün emalatxana; fotoqrafxana. □ Fotoqrafiyada şəkil çəkdirmək.
4. Hər hansı bir iş, proses və s. üzərində müşahidə və ona sərf olunan vaxtın qeydə alınması.
Həmçinin bax: