Simli-klavişli musiqi aləti.
Ağ və qara dillər – klavişlər klaviaturanı əmələ gətirir. Klavişlərə bərkidilmiş kiçik çəkiclərin simlərə zərblə vurulması nəticəsində səs yaranır. Fortepiano klavişlərə barmaqlarla toxunmaqla çalınır. İtalyanca «forte» – ucadan, güclü, «piano» – zəif, yavaş deməkdir.
