yun. philanthropies – insansevərlik < philos – dost, sevən + anthropos – insan
Yoxsullara, ehtiyacı olanlara yardım məqsədilə xeyriyyəçilik.
F. ilə məşğul olan şəxs isə filantrop adlanır. F. termini ilk dəfə e.ə. V əsrin ortalarında qədim yunan dramaturqu Esxilin faciələrindən birində işlənib. Müasir anlamda isə F. kəlməsi Fransada istifadə olunmağa başlanıb və oradan digər dillərə keçib. İslam dinində yoxsulların xeyrinə toplanan sədəqə, fitrə və s. F. nümunəsi hesab oluna bilər.
Həmçinin bax:
Tarix terminləri lüğəti