►Müxtəlif hərəkət və ya söhbətlərlə həmsöhbətin diqqətini əsas məsələdən, problemdən yayındırmaq.
İfadə çox adama yaxşı tanış olan diş ağrısı ilə bağlı yaranmışdır.
İnsanlarda diş ağrısı bütün zamanlarda olmuşdur. Bəziləri həkimlərə müraciət edir, bəziləri isə bitkilər, ovsunlar və sehrlərlə özünəməxsus müalicə üsulları olan bilicilərin yanına gedirdi. Həmin sehrbazlar dişi ağrıyan adamı ovsunlayır, psixoloji təsir göstərməklə diş ağrısını sovuşdura bilirdilər. Hərdən elə olurdu ki, bu ovsundan sonra diş ağrısı keçib-gedir və insan rahatlanıb razı qalırdı.
Zaman keçdikcə «dişləri ovsunlamaq» ifadəsi «yanıltmaq, aldatmaq» mənasını verməyə başladı. Dişlərlə digər frazeoloji birləşmələr də əlaqədardır: «dişləri rəfə qoymaq» – yəni aclıqdan əziyyət çəkmək, «dili dişlərin arxasında saxlamaq» – susmaq, «dişlərində ilişib qalmaq» – bezdirmək.
Məsəllər, deyimlər