Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fərdi üslub

Hər hansı sənətkarın yaradıcılığına məxsus dəstxət.

Fərdi üslub sənətkarın dünyagörüşünü, onun ədəbi-estetik baxışlarını, yaradıcılıq metodunu, mövzu seçimini, spesifik təsvir və ifadə vasitələrini, obrazlı təfəkkür, dil və üslub özünəməxsusluğunu özündə əks etdirir. Fərdi üslub bir şəxsə və ya bir qrupa aid olur. Məs.: Sabir üslubu, molla­nəs­rəddinçilər üslubu və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti