Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feili sifət

Həm feilin, həm də sifətin xüsusiyyətini daşıyan təsriflənməyən feil.

Feili sifətlərdə feilə məxsus cəhətlər bunlardır: 1) zaman məzmunlu olur: yatmış, yatan, deyiləsi; 2) növ bildirir: yazan, yazılan, yazışan; 3) təsdiq və ya inkarda olur: danış, yazma. Feili sifətdə sifətə məxsus cəhətlər bunlardır: 1) əşyanın əlamətini bildirir: qırılmış (hansı?) budaq; 2) necə? nə cür? hansı? suallarından birinə cavab verir; 3) aid olduğu ismin əvvəlində gəlir; 4) cümlədə təyin vəzifəsində işlənir; 5) bəzən xəbərlik şəkilçiləri qəbul edə bilir və ismi xəbər olur: Bu kitab dünən oxuduğundur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti