►Çәrənçi, zәvzәk, gәvәzә adamlardan qaçıb canını qurtarmağa çağırış kimi işlədilən ifadə.
İfadә mәşһur Azәrbaycan xalq nağılından yayılaraq ümumilәşdirilib.
Müxtәlif variantlarda vә müxtәlif adlarla («Züleyxa», «Dilli arvad», «Dad Xanpәrinin әlindәn», «İlan vә arvad») yayılmış olan bu nağılda ilanla bir quyuda qalan dilli arvaddan, bu arvadın çәrәnçiliyi, çox danışması ilә hәtta ilanı da bezdirməsindәn bәhs edilir. İlan onu quyudan çıxaran adama vəd verir ki, mәnim dalımca saraya gәlərsәn. Mәn gedib padşaһın qızının boynuna dolanacağam, nә qәdər ovsunçu gәlsә dә, onun boynundan açılmayacağam, sәn gәlәn kimi çәkilib gedәcәyәm. Belәliklә, sәn şahdan istәdiyin qәdәr xәlәt alarsan.
İlan onu çərәnçi Fatmanın әlindәn xilas edәn şәxsә bir neçә dәfә bu yolla yaxşılıq edir. Axırda isә bәrk-bәrk tapşırır ki, daha mәn dolandığım adamın yanına gәlmәyәsәn. Yoxsa səni dә çalaram. Lakin kişi ilana verdiyi sözü pozmalı olur vә onun yanına gedir. İlanın qәzəblәndiyini gördükdә ona deyir: «Mәn gәldim sənә xәbәr verәm ki, Fatma quyudan çıxıb buraya gәlir. Tez qaç, canını qurtar». Bu sözlәri eşitcәk ilan qızın boynundan açılıb qaçır.
Məsəllər, deyimlər