yun. – eramızdan öncə VI əsrdə yaşadığı ehtimal edilən antik yunan təmsilçisi Aisopos-un adından
Fikrin birbaşa deyil, üstüörtülü, məcazlar vasitəsilə çatdırılması.
Trakiyalı qul Ezop öz sahiblərinin eyiblərini birbaşa göstərə bilmir, bunun üçün təmsillərində alleqoriyadan istifadə edirdi. Ezopun əlyazmaları qalmayıb, onun təmsillərinə yazılı halda təxminən üç əsr sonra tərtib olunmuş mənbələrdə rast gəlinir. Herodot (e.ə. V əsr) və Aristotelin (e.ə. IV əsr) məlumatlarına görə, Samos adasında qul olan Ezop azadlığa buraxılıb və Delfidə öldürülüb. Plutarx (I əsr) isə təmsilçinin delfililəri təhqir etdiyinə görə qayadan atıldığını bildirir. E.D.-ndən daha çox qapalı cəmiyyətlərdə, tənqidə görə təqiblərin güclü olduğu mühitdə yazıçı və jurnalistlər istifadə edirlər.
Jurnalistika terminləri lüğəti