Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

eşşək [eşşəx'] isim

1. At fəsiləsindən iribaşlı, alçaqboylu, uzunqulaqlı yük və minik heyvanı; uzunqulaq. Eşşək qulağından, ayı pəncəsindən, insan əməlindən tanınar. (Atalar sözü).
2. İnşaat zamanı bir şeyi saxlamaq üçün altdan qoyulan müvəqqəti dayaq, dirək. Körpünün orta eşşəyi sındı.
3. Vulqarizm. Məcazi mənada: qanmaz, kobud, küt, axmaq, cahil adam haqqında (söyüş kimi işlənir). Eşşək, məlun! Sənin sözün də var ata qabağında danışmağa?! (Ə.Haqverdiyev).
4. İdman. Gimnastika hərəkətləri üçün üzərinə meşin çəkilmiş, hündür dayaqlı tir.

Həmçinin bax:

frazeologizm: atdan düşüb eşşəyə minmək frazeologizm: atı eşşəyə dəyişmək frazeologizm: bir eşşəyə minib əllisini döyəcləmək frazeologizm: dəvəni eşşəyin quyruğuna bağlamaq frazeologizm: eşşək həmin eşşəkdir, çulunu dəyişib frazeologizm: eşşək naxırda baş sayılmır frazeologizm: eşşək nə bilir xurmanın dadını frazeologizm: eşşək nə bilir zəfəran nədir frazeologizm: eşşəkdən yıxılıb hoş-hoşdan əl çəkməmək frazeologizm: eşşəyə gücü çatmır, palanı döyür frazeologizm: eşşəyə tərs mindirmək frazeologizm: eşşəyi qoyub palanı toqqaşdamaq frazeologizm: eşşəyi ölmək frazeologizm: eşşəyim ölüb, başı qızıldan frazeologizm: eşşəyin dal ayağı frazeologizm: iki eşşəyin arpasını bölə bilməmək frazeologizm: ölmüş eşşəyin nalını sökmək frazeologizm: yorğun eşşəyə gülmək Azərbaycan dilinin izahlı lüğəti