Reklam
Reklam

Tarix terminləri lüğəti

eşikağası

XV əsrdən XIX əsrin əvvəllərinə qədər Azərbaycanda şahın, yaxud xanın sarayında yüksəkvəzifəli məmur.

Səfəvilər dövründə E. sarayda toy, məclis və mərasimlərin keçirilməsinə, elçi və qonaqların qəbul edilməsinə, xanlıqlar dövründə isə xanlığın daxili işlərinə, ictimai tikintilərə, malikanənin idarə olunmasına və s.-yə nəzarət edib. XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqif bir müddət Qarabağ xanlığının E. olub.

Tarix terminləri lüğəti