►Bəlli xarakteri olan birisinin hər hansı şəraitdə nə edəcəyinin əvvəlcədən bilindiyini vurğulayan ifadə.
İfadə şifahi xalq ədəbiyyatından gələn alleqorik hekayətlə bağlı yaranmışdır.
«Әqrәbin adәti» olan sancmaq onun bioloji keyfiyyәtidir. Yalnız sancma yolu ilә әqrәb özünü qoruyub yaşaya bilir. Onun başqa yaşama yolu yoxdur. Ovunu sancıb öldürür, sonra yeyir. Ona toxunan hәr şeyi, bütün canlıları, onurğasız vә onurğalı heyvanları sancır.
Әqrәblərin daha dәhşәtli bir xüsusiyyәti bir-birini məhv etmәsidir; məsələn, cütlәşәndən sonra daha ehtiyacı qalmadığından dişi әqrәb erkәyini sancıb mәhv edir vә sonra onu yeyir. Habelә әqrәblәrin hansı iridirsә, özündәn kiçiyini yeyir. Ona görә mütәxәssislәr әqrәblәri diri saxlamaq üçün ayrı-ayrı qutulara salırlar. Göstәrilәn bu xüsusiyyәtlәr yuxarıdakı ifadәnin yaranmasına səbəb olmuşdur.
Son zamanlar alimlәr müәyyәnləşdirmişlәr ki, tәһlükə һiss etdikdә әqrәb özünü sancıb öldürür. Әqrәbin sancması, sancmadan yaşaya bilmәmәsi ilə әlaqәdar qәdim «Kәlilә vә Dimnә»dә maraqlı rәvayәtlәr nәql olunur.
Hazırda dilimizdə işlənən bu ifadə daim kinayəli sözlər deyən, ona-buna atmacalar atan, istehza ilə danışmağı adət etmiş adamlar haqqında da deyilir.
Məsəllər, deyimlər