İnsanın zəkası, intellektual əməyi nəticəsində yaradılan qeyri-maddi mülkiyyət.
Əqli əməyin nəticəsi, adətən, əsər, digər yaradıcılıq məhsulu formasında maddiləşir, bununla da üçüncü şəxslər tərəfindən istifadə oluna, hətta mənimsənilə bilir. Buna görə Ə.M. obyektinin yaradıcısına qanunla onun mülkiyyətini qoruyan hüquqlar verilir. Azərbaycan qanunvericiliyində həm Ə.M., həm də onun sinonimi olan «intellektual mülkiyyət» terminlərindən istifadə edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti