yun. epigraphe – yazı
Bərk materiallar (daş, metal, gil və s.) üzərində həkk olunmuş qədim yazıları tədqiq edən elm sahəsi.
Tarix və filologiya elmlərinin tərkib hissəsi sayılan E. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşıb. Rozet daşı vasitəsilə Qədim Misir heroqliflərinin sirrinin Şampolyon tərəfindən açılması bu sahənin inkişafına güclü təkan vermişdir. Babil mixi yazılarının, Mikena və Orxon-Yenisey yazılarının oxunması E.-nın ən böyük uğurlarıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti