yun. enkyklios paidèia – əhatəli maarifləndirmə, məlumatlandırma < en – lı, li şəkilçisi + kyklos – çevrə, əhatə + paideia – maarifləndirmə
Bütün sahələrdə, yaxud ayrı-ayrı fənlər, istiqamətlər üzrə sistemli və yığcam bilgilər verən məlumat xarakterli elmi, elmi-kütləvi nəşr.
Bu baxımdan insan və dünya haqqında bütün bilikləri özündə əks etdirən universal E.-larla yanaşı, milli, regional, eləcə də ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış E.-lar mövcuddur. E.-da məqalələr əlifba sırası ilə, bəzi hallarda isə həm də mövzu bölgüsü əsasında yerləşdirilir. Müasir anlamda ilk E. XVIII əsrdə fransız ensiklopedistləri tərəfindən hazırlanıb. Ən nüfuzlu universal E.-lara “Britaniya ensiklopediyası” (ABŞ və Böyük Britaniya), “Böyük Brokhauz” (Almaniya), “Böyük Laruss” (Fransa) misal ola bilər.
Tarix terminləri lüğəti