Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏMƏL ərəb.

amal sözündəndir.

Əməl (bəzi türk dillərində Emel biçimindədir) sözü türk dillərində bir neçə mənada işlənir: 1. İş, feil; 2. İcra, yerinə yetirmə; 3. Rəftar iş, hərəkət; 4. Hesabda tətbiq edilən əsas qayda; 5. Qayə, istək, məqsəd, şiddətli arzu, arzulama, umma. Məcazi mənası həmçinin hiylə, kələk, biclikdir. Bəzi lüğətlərdə Əməl kişi adı məqsəd, şiddətli istək kimi izah edilmişdir. Lakin əməl sözünün dilimizdə icra, feil məzmununu ifadə etməsini nəzərə alaraq, Əməl antroponiminin sözün üçüncü mənası ilə, yəni rəftar, iş, hərəkətlə əlaqədar olduğu daha uyğun görünür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti