►Diqqәtlә, yorulmadan, hәrtәrәfli, inadla axtarmaq.
Bu ifadә qәdim yunan filosofu Diogenlә (e.ә. 412–323) əlaqәdar bir rәvayәtdәn yaranmışdır.
Ömrünün sonlarına yaxın böyük filosof çox vaxt günün günortaçağı çırağı yandırıb küçә ilә gedir, nəyi isə axtarırmış. Çırağı gündüz işığında nә üçün yandırdığını soruşanlara «mәn adam axtarıram» cavabını verirmiş. Belәliklә, Diogen «adam» adına layiq olmayan insanların çoxluğuna işarә etmişdir.
Dilimizdә bu ifadәnin mәnası bir qәdәr başqadır: daha çox lazım olanı və gərəkli bir şeyi təkidlə axtarmaq. Poetik nümunələrdə və nəsr əsərlərində bununla bağlı çoxsaylı misallar vardır.
Məsəllər, deyimlər