►«Birlik olan yerdә bütün çәtinliklәrin öhdəsindәn gәlmәk mümkündür» mənasında işlədilən ifadə.
İfadə ilk dәfә XVII әsrin əvvəllərindә Cәnubi Azәrbaycanda yaşamış Tufarqanlı Aşıq Abbasın şeirindә işlәnmişdir.
Xalq gücünә, həmrəyliyə, birliyә inam oyadan bu misranın deyilməsindən üç əsr keçsə də, el arasında yaşamış, yayılmış və atalar sözü səviyyәsinәdәk yüksәlmişdir:
Abbas bu sözlәri deyәr sәrindәn,
Arxı vurdur, suyu gәlsin dәrindәn,
El bir olsa, dağ oynadar yerindәn,
Söz bir olsa, zәrbi kәrәn sındırar.
Buradakı «dağı yerindәn oynatmaq» ifadәsinin tarixi çox-çox qәdimlәrә gedib çıxır. Mәnbәlәrin verdiyi mәlumata görә, bu ifadә ilk dәfә «İncil»dә işlədilmiş, sonralar mәzmunca dәyişilәrәk «һәr cür çətinliyin öһdәsindәn gәlә bilmәk» mәnasında dünyanın bir çox dillәrinә yayılmışdır.
Məsəllər, deyimlər