lat. extensivus – uzadan, genişləndirən
Təsərrüfatın inkişafının, məhsul istehsalı artımının əlavə resursların cəlb olunması yolu ilə bu resurslardan istifadənin səmərəsini və əmək məhsuldarlığını yüksəltmədən təmin edilməsi.
Məsələn, kənd təsərrüfatında, sadəcə, əkin sahələrinin genişləndirilməsi, heyvanların sayının çoxaldılması hesabına əldə olunan artım – E.İ. göstəricisidir. E.İ., əsasən, geridə qalmış ölkələr üçün xarakterikdir. Bu tip ölkələrdə müasir aqrotexniki vasitələr və yeni texnologiyalardan zəif istifadə məhsuldarlığı yüksəltməyə imkan vermir, artıma ekstensiv üsullarla nail olunur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti