1. Ətraf mühitin öz təbii keyfiyyətlərini qorumaq və komponentlərini bərpa etmək bacarıqları nəticəsində biosferin uzunmüddətli dayanıqlığı, nisbi sabitliyi.
2. Təbii ekoloji komponentlərlə antropogen təsir nəticəsində dəyişmiş ekoloji komponentlər arasında ekosistemin davamlı inkişafını təmin edən kəmiyyət və keyfiyyət müvazinəti.
E.T.-ın pozulması dedikdə çox zaman atmosferin qaz tərkibinin və hidroloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi, təbii landşaftın dağıdılması başa düşülür.
Coğrafiya terminləri lüğəti