lat. calcarea bowerbank
Süngərlə tipinə aid olan 4 sinifdən biri.
Koloniya halında və sərbəst yaşayan nümayəndələri var. Orqanizmləri primitiv quruluşludur. Birhüceyrəli və çoxhüceyrəli orqanizmlər arasında keçid canlılar hesab olunur. Ə.S.-in kirəcləşmiş qalıqları çoxşüalı və maraqlı quruluşa malikdir. Ə.S.-ə aid hamam süngərinin qalıqları olan qara kütlədən insanlar “daban daşı” adı ilə istifadə edirlər. Clatrina coriacea Montagu Ə.S.-i sərbəst, Cypha cilliata Fabricius isə koloniya halında yaşayır.
Biologiya terminlərinin izahlı lüğəti