Reklam
Reklam

Məsəllər, deyimlər

EDİP KOMPLEKSİ

Əks cinsdən olan valideynə qarşı şüurlu, yaxud şüursuz cinsi maraq olduğunu bildirən ifadə.

İfadə qədim yunan hökmdarı şah Edipin tarixin yaddaşında qalmış əcaib davranışı ilə bağlı yaranmışdır.

İlk dəfə Ziqmund Freydin psixoanalizə daxil etdiyi bu ifadə şah Edipin davranışının psixi əsaslarını izah etmişdir. Freydin qənaətinə görə, qızına elçi düşən bütün namizədlərə rədd cavabı verməklə atası onu şüurlu olaraq özü üçün saxlamaq niyyətində olmuşdur. Bu davranış isə insan psixikasının mürəkkəblikləri ilə bağlıdır. Freydə görə, bu pozuntunu olduqca fərqli amillər şərtləndirir.

Psixoanalizdə bununla bağlı başqa komplekslər də vardır; məsələn, Kain kompleksinə görə, əgər böyük qardaş kiçik qardaşa daha çox diqqət, sevgi və qayğı göstərildiyinə görə onu qısqanırsa, deməli, o, müəyyən kompleksdən əziyyət çəkir.

Alimlər bu fikirdədir ki, komplekslərin bəzən müsbət tərəfləri də olur, çünki belə komplekslər hərdən insanları fərqli addımlar atmağa sövq edir.

Məsəllər, deyimlər