Bir ədəbi hadisənin başqa bir ədəbi hadisə ilə ideya-yaradıcılıq əlaqələri.
Ә.Ə. ayrı-ayrı yazıçılar arasında, yaxud ədəbi cərəyanlar, məktəblər, bütöv ədəbi dövrlər, milli ədəbiyyatlar səviyyəsində yaranır. Hər hansı bir yazıçının yaradıcılığından Ə.Ə. baxımından danışarkən onun kimdənsə təsirlənməsi və ya kiməsə təsir etməsi nəzərdə tutulur. Bir milli ədəbiyyat daxilində Ə.Ə. bir yazıçı və ya yazıçılar qrupunun öz müasirlərinə, yaxud sonrakı ədəbi nəslə təsiri şəklində baş verir. N.Gəncəvi, M.Füzuli, M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi klassiklərin bir çox Azərbaycan şair və yazıçılarına təsiri buna misal ola bilər. Beynəlxalq Ə.Ə.-dən danışarkən çox zaman müxtəlif millətlərə məxsus yazıçıların yaradıcılıq əlaqələri, bədii tərcümələr, dram əsərlərinin səhnələşdirilməsi və s. nəzərdə tutulur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti