Reklam
Reklam

Məsəllər, deyimlər

DÜNYANIN GÖBƏYİ

►Klassik әdәbiyyatda Kәbәnin obrazlı adı kimi işlәdilən ifadə.

İfadə qədim yunan mifologiyasından və dini kitablardan qaynaqlanır.

Müsәlmanların әqidәsincә, Mәkkә vә bu şәһәrdәki Kәbә Yer kürәsinin tam ortasında yerlәşir. İslam dini әfsanәlәrinә görә, Adәm Cәnnәtdәn qovulandan sonra Allah onun üçün yaqutdan bir ev yaratmışdı. «Beytül-məmur» adlanan bu evi cahanın ortasına qoymuşdu ki, bu da indiki Kәbәnin yeri imiş.

Qәdim insanlar göbәyi bәdәnin ortası hesab edirdilәr. Әfsanәyә görә, Zevs (vә ya Yupiter) «dünyanın göbәyini» müәyyәnləşdirmək mәqsәdilә Yerin hәr iki başından üz-üzә eyni sürәtlә uçan iki qartal buraxmışdı. Qartallar qәdim yunan şәhәri Delfa üzәrindә görüşmüşdülәr. Ona görә dә bu şәhәr «dünyanın ortası» hesab edilmiş vә Zevsin әmri ilә buraya Omfal (yunanca müqәddәs daş vә ya meteorit deməkdir) qoyulmuşdu. Bu daşın hәr iki tərəfinə qızıl qartal fiqurları hәkk edilmişdi.

Qәdim yәһudilәrin tәsәvvürüncә, dünyanın ortasında Yerusәlim, onun mәrkәzində mәbәd, onun da mәrkәzindә mehrab yerlәşir ki, dünyanın göbәyi bu imiş. XIII әsrdә Paris yaxınlığındakı Sen-Deni abbatlığında dünya xәritәsi hazırlanmışdı. Bu xәritәdә Yer kürә şәklindә әks etdirilmiş, kürənin tәn ortasında Yerusәlim şәһәrinin adı yazılmışdı.

Müasir coğrafi hesablamalara görə isə Yerin mərkəzi Ekvadordadır, çünki dünyanı tən ortadan bölən ekvator xətti bu ölkədən keçir.

Məsəllər, deyimlər