1. Tüstüləndirmək, tüstü buraxmaq.
2. Məcazi mənada: tutqunlaşdırmaq, dumanlı etmək; anlaşılmaz, görünməz hala salmaq; üstünü örtmək.
1. Dumanla, tüstü ilə örtmək; duman, tüstü qaldırmaq; tüstüləmək. □ ...üzüyuxarı dumanlandırdığı boz tüstünün içində sanki Xosrovun şirin sözlərini dinləyirdi. (S.Rəhimov).
2. Məcazi mənada: dumanlı, anlaşılmaz hala salmaq, üstünü örtmək, pərdələmək. □ Qəzetdə böyük mətləbləri dumanlandıran ...yazılar da özünə yer tapırdı. (M.İbrahimov).