Daxilində təkrarlanan addımlar ardıcıllığı olan alqoritm.
Verilmiş şərtdən asılı olaraq alqoritm bir və ya bir neçə dəfə (lazım olan nəticə alınana qədər) təkrar olunur. Təkrarlanmaların sayı qabaqcadan məlum olduqda «Təkrarla ... dəfə» komandasından, əks halda «Təkrarla, nə qədər ki ...» komandasından istifadə olunur.
İbtidai siniflər üçün terminlər lüğəti