Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

dövlət sifarişi

Dövlət ehtiyaclarını ödə­mək məqsədilə kütləvi informasiya va­sitəsi məhsulu istehsal edən və yayan təş­kilata ödənişli tapşırıq, habelə bu tap­şırıq əsa­sında hazırlanan məhsul.

Belə sifa­rişlər məqsədli dövlət proqramlarına uy­ğun olaraq uşaqlar, gənclər, fiziki cə­hətdən qüsurlu və s. əhali qrupları üçün nəzərdə tutulur, çox zaman maarifləndirici xarakter daşıyır, yaxud ictimai əhəmiyyətli problemin həllinə yönəldilir. Qanuna görə, KİV məhsullarının istehsalı və yayımı ilə məş­ğul olan istənilən təşkilatın D.S.-ni yerinə yetir­mək hüququ var. Dövlət sifa­rişçisi ro­lunda isə səlahiyyətli hakimiyyət orqanı, məsə­lən, teleradio yayımı sa­həsində müvafiq dövlət qurumu çıxış edir. Dövlət ehtiyacları üçün sifariş müsabiqə əsasında həyata ke­çirilir, onun icrasına görə haqq dövlət büd­cəsindən və bu məq­sədlə cəlb edilən büd­cədənkənar mən­bələr hesabına ödə­nilir.

Jurnalistika terminləri lüğəti