Reklam
Reklam

Məsəllər, deyimlər

DÖVLƏT İÇİNDƏ DÖVLƏT

►Ümumi qaydalara tabe olmayan vә ya olmaq istәmәyәn, bir növ, itaətsizlik göstərən şәxs, qrup və ya təşkilatlara münasibətdə işlәdilən ifadə.

İfadə Fransa yazıçısı Aqrippa d’Obinyenin әsәrlәrindәn qaynaqlanır.

Rus dili vasitəsilə leksikonumuza keçmiş bu ifadә, әslindә, orta әsrlәrdә Fransada yaranmış vә sonralar bir sıra dillәrә tәrcümә olunmuşdur. Bu sözlәri XVI–XVII әsrlәrdә yaşamış Fransa yazıçısı Aqrippa d’Obinyen ilk dәfә öz әsәrlәrindә işlətmişdir. O hәmin ifadәni әn әvvәl 1610–1620-ci illәr arasında çap olunmuş «Kralların vә tәbәәlәrin vәzifәsi һaqqında» kitabında işlәtmişdir. Müәllif islahatçıların tәlәblәrini sadalayandan sonra yazmışdı: «Bütün bunlar dövlәt içində dövlәt adlandırıla bilәr». XVII әsr Fransa yazıçıları bu ifadәni tez-tez tәkrarlayırdılar.

Bəzən də «dövlətdə dövlət», «hökumәt içәrisindә hökumәt» vә s. şəkillərdə işlәnir. Bu ifadələr də mahiyyət etibarilə mövcud hökumətin siyasətini qəbul etməyən, fərqli fikir, düşüncə və azad iradə nümayiş etdirənlərə aid olunur.

Məsəllər, deyimlər