Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

dördüncü hakimiyyət

ing. Fourth Estate ifadəsinin Azərbaycan dilinə hərfi tər­cü­məsi

Kütləvi informasiya vasitələrinə aid edi­lən, onların cəmiyyətdə siyasi nüfuzunu göstərən ifadə.

Qanunvericilik orqanı, icra strukturu və məhkəmə – demokratik cəmiyyətdə hakimiyyətin bir-birini taraz­laşdıran üç rəsmi qoludur. D.H. termini isə qeyri-rəsmi anlayışdır və medianın ictimai rəyə, habelə hakimiyyətin digər qollarına təsir gücünün ifadəsidir. Bu terminin mü­əl­lifliyi haqqında müxtəlif fərziyyələr mövcuddur, lakin ilk dəfə ona Britaniya pub­­lisisti və tarixçisi Tomas Karlaylın «Qəh­rəmanlar və qəhrəmana pərəstiş» kita­bın­da rast gəlinir. Karlayl irlandiyalı siyasətçi Edmund Burkenin 1787-ci ildə ingilis par­lamentində debatdakı çıxışından sitat gə­tirir: «Parlamentdə üç hakimiyyət var idi; amma orada, reportyorların qalereyasında onların üçündən də mühüm rol oynayan D.H. oturmuşdu». Müasir Oksford və Kembric lüğətləri D.H. terminini həm mediaya, həm də jurnalistikaya, bu sahədə çalışan peşəkarlara aid edir.

Jurnalistika terminləri lüğəti