Reklam
Reklam

Məsəllər, deyimlər

DOMİNO PRİNSİPİ

Hər hansı faktorun təsiri ilə ilk elementdə baş verən müəyyən hadisə və prosesin zəncirvarı şəkildə başqalarına da yayıldığını bildirən ifadə.

İfadə domino daşlarının bir-birinə yaxın və ardıcıl dik düzülüşü zamanı ilk daşı yıxdıqdan sonra yaranmış vəziyyətdən götürülmüşdür.

Domino daşları bir-birinin yanında durursa, onlardan birincisini tərpətmək kifayətdir ki, digər daşlar da zəncirvarı şəkildə dağılsın. Maraqlıdır ki, hətta uzun domino zəncirləri də bu halda dağılır. Belə hərəkət onunla izah olunur ki, hər düşmə üçün lazım olan enerji hər büdrəmədə ötürülən enerjidən daha azdır. Buna baxmayaraq həmin enerji zəncirvarı reaksiyanın sonadək getməsinə kifayət edir.

Domino prinsipi o deməkdir ki, zəncirin ilk elementində kiçik dəyişiklik sonrakı qonşu elementlərdə də özünü göstərir, onlar da, öz növbəsində, daha sonra gələnlərə təsir göstərir və bu, xətti ardıcıllıqla davam edir. Bir qayda olaraq, arasında kiçik vaxt fərqi olan hadisələrin ardıcıllığı haqda danışırlar. Termin həm həqiqi mənada (ardıcıl müşahidə olunan hadisələrin), hadisələr arasında şərti əlaqə olduqda, həm də metafora kimi daha çətin sistemlər üçün işlədilə bilər.

İfadə bəzən «Domino effekti» şəklində də işlədilir.

Məsəllər, deyimlər