Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dodaq [dodax] isim

1. Anatomiya. Ağız kənarlarını təşkil edən iki mütəhərrik dəri-damar büküklərindən hər biri. □ Alt dodaq. Diş tutmayanı, dodaq tutmaz. (Atalar sözü).
2. Bir şeyin (qabın və s.-nin) kənarı, qırağı. □ Banka dodağına qədər doludur.
3. Məcazi mənada: bir şeyin (qabın və s.-nin) kənarı, qırağı. □ Dənizin dodaqları torpağı öpən yerdə; Bir qul kimi bağlanmış; Sahillərə ana yurdu; Badam gözlü çinlilərin. (R.Rza).
4. Bəzən çiçəklərin dodaq şəklində olan bölüklərinə deyilir.
5. Müxtəlif alətlərin tutucu, sıxıcı hissəsi (bu mənada ancaq cəm şəklində işlənir). □ Məngənənin dodaqları.

Həmçinin bax:

frazeologizm: alt dodağı yer süpürür, üst dodağı göy frazeologizm: dodağı qaçmaq frazeologizm: dodağı yer süpürmək frazeologizm: dodağı yerlə getmək frazeologizm: dodağını dişləmək frazeologizm: dodaq altından gülmək frazeologizm: dodaq büzmək frazeologizm: dodaq sallamaq frazeologizm: hirsindən dodaqlarını gəmirmək frazeologizm: üst dodağı göy süpürür, alt dodağı yer Azərbaycan dilinin izahlı lüğəti