Reklam
Reklam

Məsəllər, deyimlər

DİV QURBAĞAYA AŞİQ OLUB

Birisinin zahirən o qәr dә gözәl olmayan qadınla evlәnmәsinә, onu sevmәsinә işarә edən kinayəli ifadə.

Deyim xalq nağıllarının süjetlərindən qaynaqlanaraq yayılmışdır.

Azərbaycan nağıllarının bir çoxunda divlәrin qurbağanı sevmәsindәn, onunla evlәnmәsindәn danışılır. Yaxud bəzi nağıllarda nəql olunur ki, div hansısa padşahın qızını oğurlayaraq onu gizlətmək üçün qurbağaya çevirir. Bu motiv dünyanın bir çox xalqlarının nağıllarında da var.

Müasir dövrdə evlənənlər və ya sevgililər arasında açıq-aşkar uyğunsuzluq olduqda, yəni tərəflərdən biri hədsiz kifir olduqda bu ifadə istehza ilə söylənilir.

Məsəllər, deyimlər