1. Məcazi mənada: yazıq, fağır, aciz, müti, sakit, həlim, dinməz. □ Hər kəs dilsiz-ağızsız, bacarıqsız bir talibə zənn edirdi. (S.Hüseyn).
2. İsim kimi məcazi mənada: yazıq, fağır, aciz, müti, sakit, həlim, dinməz. □ Belə hərc-mərclikdə onun kimi dilsiz-ağızsızlar tələfə gedə bilərlər. (S.S.Axundov).
3. Zərf kimi: səssizcə, dinmədən, danışmadan, susaraq. □ Lal Hüseyn yenə dilsiz-ağızsız oturub kirpik çalmadan baxırdı. (M.İbrahimov).