1. Ürəyi cəlb edən, ürəkçəkən, xoşagələn, məftunedici. □ Gah-gah öz-özünə dilrüba bir səslə oxuyub ayaqlarını oynadırdı. (M.S.Ordubadi).
2. İsim kimi: dilbər, gözəl, canan adam. □ Şəninə dedim şirin söz, bir şey ondan dadmadım; Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm. (M.P.Vaqif).