1. Ağac, metal və başqa materialları emal edən və müxtəlif şeylər hazırlayan maşın. □ Deşmə dəzgahı. Toxuculuq dəzgahı. Qazma dəzgahı.
2. Üzərində ustaların iş gördükləri böyük masa. □ Dərzi dəzgahı. Çilingər dəzgahı.
3. Xalça, palaz və s. toxumaq üçün qurğu; xana. □ Xalçalar hündür dəzgahlarda toxunur.
4. Quruda düzəldilən gəminin oturulduğu qurğu.
5. Bənnaların, suvaqçıların və b.-nın üstündə dayanıb işlədikləri taxtapuş.
6. Topun, pulemyotun və b. ağır silahların gövdəsinin bənd edildiyi altlıq.
Həmçinin bax: