Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dərman [dərman] isim fars

1. Tibb. Həkimin resepti üzrə hazırlanan müalicə vasitəsi; dava. □ Sürtmə dərman. Dərman şüşəsi.

2. Ümumiyyətlə, təbabətdə, zərərvericilərlə mübarizədə və s.-də işlədilən kimyəvi preparatlar. □ Keyləşdirici dərman. Qankəsən dərman.
3. Məcazi mənada: əlac, çarə, tədbir. □ Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı).

Həmçinin bax:

frazeologizm: can dərmanı Azərbaycan dilinin izahlı lüğəti