Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

depressiya1 [depressiya] isim latın

1. İqtisadiyyat. Təsərrüfat durğunluğu, bahalıq, ticarət mallarına tələbatın zəifliyi, işsizliklə səciyyələnən vəziyyət.

2. Psixologiya. Sevinc əhvali-ruhiyyəsinin, nikbinliyin, ətraf aləmə marağın itməsi ilə səciyyələnən psixi pozğunluq.Depressiyaya düşmək.

depressiya2 [depressiya] isim latın

1. Coğrafiya. Formasından və mənşəyindən asılı olmayaraq dibi dəniz səviyyəsindən aşağıda yerləşən çökəklik.

2. Geologiya. Yer qabığının tektonik proseslər nəticəsində əyilməsi, enməsi.

3. Coğrafiya. Hava axının istənilən iki nöqtəsi arasında təzyiq fərqi.

Həmçinin bax:

frazeologizm: depressiyaya düşmək coğrafiya: barik depressiya coğrafiya: Cənubi Afrika depressiyası coğrafiya: ekvator depressiyası coğrafiya: tektonik depressiya Azərbaycan dilinin izahlı lüğəti