Reklam
Reklam

Məsəllər, deyimlər

DƏLİYƏM, AMMA SARSAQ DEYİLƏM

►Birinin özünü etinasız, əhli-kef göstərsə də, əslində, əməllərinə cavabdeh olduğunu, nə etdiyinin fərqinə vardığını bildirən ifadə.

İfadə Molla Nəsrəddinin geniş yayılmış bir lətifəsindən götürülüb.

Bir gün Molla dəyirmana dən aparır. Dəyirmanda dən üyütməyə gələnlər çox olduğundan o da növbəyə dayanıb gözləməli olur. Bu zaman Molla boş durmayıb yan-yörəsində olan çuvalların hərəsindən bir az taxıl götürüb öz kisəsinə tökür. Bunu görən dəyirmançı ondan nə etdiyini soruşur. Molla deyir:

− Sən mənə çox da fikir vermə. Hərdən ağlım azır, bir az dəlitəhərəm.

Dəyirmançı deyir:

− Dəlisənsə, onda öz taxılından özgənin çuvalına niyə tökmürsən?

Molla deyir:

− Mən dedim dəliyəm, demədim ki sarsağam.

Məsəllər, deyimlər