1. Sözlə ifadə etmək, bildirmək, anlatmaq, demək, söyləmək, nəql etmək; dinmək, söz söyləmək. □ Ağır-ağır danışmaq. Düzünü danışmaq. Heç kəs danışmırdı.
2. Bir dildə fikrini yaxşı ifadə etməyi bacarmaq. □ Rusca yaxşı danışmaq.
3. Söhbət etmək. □ Yenə o bağ olaydı; Yenə sizə gələydik; Danışaydıq, güləydik. (M.Müşfiq).
4. Fikir söyləmək, mühakimə yürütmək, müzakirə etmək. □ Bütün şəhər bu barədə danışır. Bu xüsusda hələ danışacağıq.
5. Çıxış etmək, nitq söyləmək. □ Atəşin danışmaq. Hərarətlə danışmaq.
6. Qiymət haqqında bir qərara gəlmək, şərtləşmək; kirə etmək. □ Faytonları danışdıq. (M.S.Ordubadi).
7. Bəhs etmək, xəbər vermək, yazmaq. □ On altıncı nömrəmizdə molla Tarqulunun... barəsində ...bir neçə söz danışmışıq. (C.Məmmədquluzadə).
Həmçinin bax: