Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

cümlə üzvlərinin əlavəsi

Özündən əvvəl gələn üzvün mənasını aydınlaşdıran, konkretləşdirən söz və ya söz bir­ləşməsi.

Əlavələr aid olduqları üzvdən sonra gəlir, həmin üzvün sintaktik funksiyasını daşıyır və ondan fasilə, intonasiya ilə ayrılır. Yazıda əlavələr aid olduğu üzvdən, əsasən, tire (–) ilə ayrılır: Bu kiçik şəhər karvansara onların məhbəsi idi (F.Kərimzadə). Bəzən əlavələrdən əvvəl vergül də qoyulur: Dünən, fevralın 2-də Gənclər gününü qeyd etdik. Cümlə üzvü ilə onun əlavəsi arasında “yəni” bağlayıcısı da işlədilə bilər. Bu zaman ondan əvvəl vergül qoyulur: Aşağıda, yəni çayın kənarında xeyli adam var idi. Bütün cümlə üzvlərinin, eləcə də cümlədən xitabların əlavəsi ola bilər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti