►Hər hansı işin öhdәsindәn birtәhәr gәlmәk, işin içindən çətinliklə çıxmaq, güc-bəla ilə dolanmaq.
İfadə «gül» sözünün yanlış olaraq «çul» şəklində işlənməsindən qaynaqlanır.
Dilimizdə bu ifadәnin «kökünü sudan çıxarmaq», «şәlәsini (kürkünü, dәrisini) sudan çıxarmaq», «keçәsini sudan çıxarmaq», «kilimini sudan çıxarmaq» variantları da var. Belə çoxvariantlılığa baxmayaraq, əslində, ifadәnin mayasında «gül» sözü dayanır. «Gülün suya verilmәsi» («gönü suya vermәk», «işi yaş olmaq») evfemistik şәkildә işlәrin korlanması, vәziyyәtin ağırlaşması demәkdir. «Gül» sözü dəyişməyə məruz qalaraq «çul» şəklini almış, daha sonra isə «çul»a sinonim kimi «kürk», «şələ», «keçə» və s. əşyalar dövriyyəyə girmişdir.
Hazırda dilimizdə bu ifadәnin «sudan quru çıxmaq» vә ya sadәcә «sudan çıxmaq» variantları da işlənir.
Məsəllər, deyimlər